BAKI, 8 avqust. TELEQRAF
ABŞ-nin Moskva ilə bağlı gələcək addımları Rusiya Prezidenti Vladimir Putindən asılı olacaq.
Teleqraf xəbər verir ki, bunu Amerika lideri Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Trampa Rusiya və Ukrayna arasında münaqişənin həlli üçün razılığa gəlmək üçün təyin etdiyi müddətin hələ də qüvvədə olub-olmaması ilə bağlı sual verilib.
ABŞ prezidenti bildirib: "Bu, Rusiya Prezidenti Vladimir Putindən asılı olacaq. Onun nə deyəcəyini gözləyirik. Gələcək addımlarımız bundan asılı olacaq".