AZ

“Mançester Yunayted” 85 milyon avroya hücumçu aldı

"Mançester Yunayted" Benyamin Şeşkonun transferi ilə bağlı "Leypsiq"lə ortaq məxrəcə gələ bilib.

Bizim.Media xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
 

Tramsferin dəyəri 76,5 milyon avrodur. "Leypsiq" daha 8,5 milyon avro bonus şəklindən qazanc əldə edəcək. Dünən "qırmızı şeytanlar"ın sloveniyalı futbolçu ilə 5 illik müqavilənin detallarını razılaşdırdığı xəbərləri yayılmışdı.


Qeyd edək ki, Şeşko İngiltərənin digər təmsilçisi "Nyukasl"ın da maraq dairəsində idi. Komanda 82,5+2,5 milyon təklif versə də, forvard "Mançester Yunayted"i seçib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
85
50
bizim.media

10Mənbələr