AZ

"Sabah"ın baş məşqçisi: "Levski" ilə cavab oyununda qələbə qazanacağımıza inanıram"

"Sabah" "Levski"yə qarşı cavab matçında qələbə qazanacaq.

"Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Levski"yə (Bolqarıstan) qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis qələbə münasibəti ilə rəqib komandanı təbrik edib:

"Matç kifayət qədər çətin keçdi və bu cür olacağını əvvəlcədən bilirdik. Planlı şəkildə mübarizə aparırdıq və futbolçularımız son dəqiqəyə qədər bunu bacarılar. Təəssüf ki, qarşılaşmanın son saniyəsində qapımızda qol gördük. "Levski" yüksək səviyyəli komandadır. İlk hissədə oyuna nəzarət bizim tərəfimizdə idi.. Ümumilikdə onu deyə bilərəm ki, bərabər səviyyəli görüş oldu. İkinci hissədə fərqlənmək üçün şanslarımız vardı. Cavab matçında qələbə qazanacağımıza inanıram".

Qeyd edək ki, "Levski" - "Sabah" görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında cavab matçı avqustun 14-də keçiriləcək

Seçilən
60
1
report.az

10Mənbələr