AZ

Ronaldo “Rio Ave” ilə yoldaşlıq oyununda het-trik edib

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldo Portuqaliyanın “Rio Ave” komandası ilə yoldaşlıq oyununda het-trik edib.

"Report"un məlumatına görə, portuqaliyalı 44, 63 və 68-ci dəqiqələrdə fərqlənib.

Penalti ilə 3-cü qola imza atan Ronaldo daha sonra əvəzlənib.

Qeyd edək ki, Ronaldonun bu mövsüm ərzində iki yoldaşlıq görüşündə 4 qolu var. Bundan əvvəl o, iyulun 30-da Fransanın “Tuluza” komandası ilə yoldaşlıq görüşündə (2:1) qol vurub.

"Əl-Nəsr" - "Rio Ave" matçı 4:0 hesabı ilə başa çatıb. Qarşılaşmada hesabı fransalı müdafiəçi Məhəmməd Simakan açıb.

Seçilən
59
5
report.az

10Mənbələr