Bakı. Trend:
ABŞ-yə ixrac edilən 1 kiloqramlıq qızıl külçələri ABŞ-nin tətbiqetdiyi yeni gömrük rüsumları siyahısına daxil edilib və bu,dünyanın ən böyük qızıl emalı mərkəzi sayılan İsveçrəiqtisadiyyatına mənfi təsir göstərə bilər.
Trend-inməlumatına görə, bu barədə "Financial Times" qəzeti xəbəryayıb.
Jurnalın əldə etdiyi ABŞ Gömrük və Sərhəd Mühafizəsi əmrinəəsasən, 1 kiloqram və ya 100 unsiya çəkidə olan qızıl külçələriyeni gömrük kodu ilə təsnif ediləcək və rüsumlara məruz qalacaq.Bu, əvvəlki sənaye gözləntilərindən fərqlidir.
"Financial Times" qeyd edir ki, bu külçələr dünyanın ən böyükqızıl fyuçers bazarı olan Comex-də ən çox ticarət olunan formadırvə qızıl İsveçrədən ABŞ-yə ixrac edilən əsas məhsullardan biridir.Yeni rüsumlar qlobal qiymətli metallar bazarında təlatümlərə səbəbola bilər və İsveçrənin qızıl sənayesinə ciddi zərbə vuracaq.
Qeyd edək ki, avqustun 1-də ABŞ Prezidenti Donald Tramp 60-dançox ölkə və Avropa İttifaqına 15%-dən 41%-ə qədər müxtəlif rüsumlartətbiq edən sərəncam imzalayıb. Bu rüsumlar avqustun 7-də qüvvəyəminib. Ən yüksək rüsumlar İraq (35%), Serbiya (35%), İsveçrə (39%),Laos (40%), Myanma (40%) və Suriya (41%) kimi ölkələrə şamiledilib.
Əvvəllər ABŞ İsveçrədən idxal edilən mallara 31% rüsum tətbiqetməyi planlaşdırırdı, lakin ticarət danışıqları nəticəsində burüsum 10%-ə endirilmişdi. Yeni qərar isə bu endirimdən sonra dahasərt addım kimi qiymətləndirilir.