Bakıl. Trend:
Madridin “Real” klubu 21 yaşlı hücumçu Qonsalo Qarsiya ilə yeniuzunmüddətli müqavilə imzalayıb.
Trend-inməlumatına görə, anlaşma 2030-cu ilə qədər qüvvədə olacaq.
Yeni müqaviləyə əsasən, futbolçunun mövcud 50 milyon avroluqçıxış maddəsi 1 milyard avroya yüksəldilib.
“Real” akademiyasının yetirməsi olan Qonsalo Qarsiyaya bir sıraPremyer Liqa nəhəngləri də maraq göstərib.
Xatırladaq ki, hücumçu son Klublararası Dünya Çempionatında 4qol və 1 assistlə çıxış edərək turnirin ən yaxşı bombardiriolub.