AZ

"Samsung" istifadəçilərinə ÜZÜCÜ XƏBƏR

"Samsung" şirkəti dörd məşhur “Galaxy” smartfon modeli üçün proqram təminatı yeniləmələrinin buraxılmasını dayandıracağını açıqlayıb.

Publika.az "GizmoChina"ya istinadla xəbər verir ki, bu cihazlar artıq kritik təhlükəsizlik yeniləmələri və səhv düzəlişləri ilə təmin edilməyəcək. Bu isə istifadəçiləri kibertəhlükələrə və potensial proqram problemlərinə qarşı daha həssas edəcək.

Yeniləmələri dayandırılan modellərə "Galaxy A22", "Galaxy F22", "Galaxy M32" və "Galaxy M42 5G" daxildir. Bu smartfonlar 2021-ci ildə təqdim olunub və ilkin olaraq iki böyük "Android" əməliyyat sistemi yeniləməsi və dörd illik təhlükəsizlik yaması dəstəyi vəd edilmişdi. Son əsas "Android" yeniləmələri – "Android 13" isə təxminən iki il əvvəl yayımlanmışdı.

Seçilən
34
1
publika.az

3Mənbələr