Tovuz evdən kişi meyiti aşkarlanıb.
Publika.az xəbər verir ki, hadisə Tovuz şəhərinin Xəqani küçəsində yerləşən fərdi yaşayış evlərinin birində baş verib.
1994-cü il təvəllüdlü M.Qutenkonun meyiti evdə aşkar edilib. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Rayon Şöbəsinə təhvil verilib.