AZ

Naxçıvanda qeyri-dövlət sektorundan vergi ödəmələri 29,8% artıb

2025-ci ilin yanvar-iyul ayları ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vasitəsilə büdcəyə 140,6 milyon manata yaxın vergi daxil olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20,3 faiz və ya 23,7 milyon manat çoxdur.

Finss.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən xəbər verir ki, qeyri-dövlət sektorundan daxilolmalar 95,3 milyon manat təşkil edib. Bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 21,9 milyon manat və ya 29,8 faiz artım deməkdir. Ödənilən vergilərin 67,8 faizi qeyri-dövlət, 32,2 faizi isə dövlət sektorunun payına düşüb.

Eyni zamanda, Naxçıvanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz artaraq 2,7 milyon manatdan çox olub. İcbari tibbi sığorta haqları üzrə ödənişlər isə 10,6 faiz artaraq 18,1 milyon manata yaxın təşkil edib.

Fuad Mədətov
Finss.az

Seçilən
13
7
fins.az

10Mənbələr