AZ

Ələt Azad İqtisadi Zonasında tikilən hava limanı üzrə son işlər açıqlandı

Bakı. Trend:

Ələt Hava Limanının texnoloji baxımdan ən mühüm və mürrəkkəbhesab edilən qalxma-enmə zolağının və ona aid infrastrukturuninşası, sistem və qurğuların quraşdırılması, demək olar ki, 50%həcmində yerinə yetirilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Ələt Azad İqtisadiZonasından məlumat verilib.

Bildirilib ki, hava limanına aid digər infrastrukturobyektlərinin layihələndirilməsi, müvafiq master-planın yekunversiyada hazırlanması işləri uğurla başa çatdırılıb və artıq birneçə aidiyyəti olan infrastruktur obyektlərinin inşasınabaşlanılıb:

“Belə ki, xüsusi əhəmiyyət kəsb edən, yanğın söndürmə və xilasetmə stansiyasının inşası 45% həcmində icra olunmuş və davametməkdədir. Aidiyyəti olan bir neçə obyektin tikintisi və lazımisistemlərin, avadanlıqların quraşdırılması işləri 10-30% arasındakimi qiymətləndirilə bilər”.

Qeyd edilib ki, tikinti-quraşdırma işləri, zəruri avadanlıqlarınsifarişi, istehsalı və quraşdırılması tərtib edilmiş qrafiklərəuyğun mərhələlərlə həyata keçirilməkdədir:

“Hazırda bütün işlər həmin qrafiklərə tam uyğun şəkildə icraolunur. Layihənin mürəkkəbliyini nəzərə alaraq, tətbiq ediləntexnologiyaların ən qabaqcıl olduqlarını və onlarınistehsalçılarının mövcud imkanlarını nəzərə alaraq Ələt HavaLimanının tam şəkildə istismara buraxılması 2027-ci əvvəlindənəzərdə tutulub”.

Bu hava limanı ölkənin nəqliyyat infrastrukturuna nəqatacaq?

Məlumatda vurğulanıb ki, “Silk Way” şirkətlər qrupu tərəfindənƏlət Azad İqtisadi Zonası daxilində inkişaf etdirilən yeni havalimanı və müvafiq olaraq Yük Şəhərciyi adlandırılan beynəlxalqbiznes-logistik mərkəzi qabaqcıl daşıma və saxlanılma həlləritəklif edən multimodal mərkəzin əsas komponentini təşkiledirlər:

“Ələt Logistika Mərkəzi (ALM) daha sürətli, daha səmərəli yükdaşımalarını təmin etmək üçün hava, dəmir yolu və yerüstünəqliyyatı birləşdirərək, təchizat zəncirini gücləndirəcək. ƏlətAzad İqtisadi Zonasının investorlar üçün daha əlverişlinəqliyyat-logistika xidmətləri tədbiq etməklə, effektiv qlobalticarət üçün lazım olan mühiti gücləndirir. Eyni zamanda,adıçəkilən hava limanının və aidiyyəti olan logistikainfrastrukturun istismara verilməsi ölkəmizin ümumilikdə vəxüsusilə nəqliyyat sektorumuzun, Asiya ilə Avropanı birləşdirənTrans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin davamı olan Orta Dəhlizadlandırılan layihə çərçivəsində daha geniş şəkildə iştirakına vərolunun, strateji əhəmiyyətinin və vacibliyin artırılmasına,şübhəsiz ki, təkan verəcək”.

“Əlavə olaraq, Orta Asiya dövlətləri ilə nəqliyyat sektorundaəməkdaşlığın gücləndirilməsində, daşımaların həcminin artırılmasısahəsində yaradılan infrastruktur həllinin payı kifayət qədərönəmli olaraq daha yüksək sürətlə inkişafını təmin edəcək”, - deyəməlumatda bildirilib.

Qeyd edək ki, hava limanının illik yükaşırma gücünün ilkinmərhələdə 500 000 ton, daha sonra isə 1,5 milyon tona qədərartacağı planlaşdırılır. Əvvəl onun fəaliyyəti yük daşınması üçünnəzərdə tutulmuşdu, lakin sonradan beynəlxalq hava limanı olmasınaqərar verilib. Hava limanı 750 hektar ərazini əhatə edəcək.

Seçilən
33
38
az.trend.az

10Mənbələr