Müəllif:Mehin Qasımova,Banco.az
Amerikanın "OpenAI" şirkətinin "ChatGPT" çatbotu üçün yeni "GPT-5" süni intellekt modeli bütün istifadəçilər üçün əlçatan olub.
Banco.az xəbər verir ki, bu barədə şirkətin X-də dərc olunan bəyanatında deyilir.
"GPT-5 buradadır. Bu gündən etibarən hər kəs üçün əlçatan olacaq", - deyə bəyanatda qeyd edilib.
Open AI-nin qeyd etdiyi kimi, AI-nin yeni versiyası bütün əvvəlki modellərin ən yaxşı keyfiyyətlərini ehtiva edir. Tədqiqat, təhlil, proqramlaşdırma və tapşırıqların həlli üçün uyğundur.
İstifadəçilər indi AI cavablarının tonunu təyin edə bilərlər.
Şirkət səs rejimini təkmilləşdirib, mesajlar üçün rəng sxemləri əlavə edib, "Google" poçtu ilə "Google" təqvimini birləşdirmək funksiyasını da əlavə edib.