AZ

Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında qadın uşaq dünyaya gətirib

Bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında bir qadın uşaq dünyaya gətirib.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Hadisə zamanı stansiya əməkdaşları tərəfindən ona ilkin yardım göstərilib.

Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya gətirib.

İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar.

Seçilən
61
49
day.az

10Mənbələr