Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 6 xilasetmə əməliyyatı keçirilib.
FHN-dən Bakues.az-a verilən məlumata görə, həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1-i uşaq olmaqla 16 nəfərə müvafiq köməklik göstərilib.