AZ

Babək prospektində yerləşən moteldə yanğın olub - VİDEO

Babək
Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən moteldə yanğın baş verib. 1news.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 465 m² olan birmərtəbəli moteldə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində motelin 4 otağının yanar konstruksiyaları 150 m² sahədə yanıb. Obyektin böyük hissəsi yanğından mühafizə olunub.

Seçilən
46
26
1news.az

10Mənbələr