AZ

İsrail Qəzzanı ələ keçirmək planını təsdiqləyib

Cümə günü, avqustun 8-i səhər saatlarında İsrailin Hərbi-Siyasi Nazirlər Kabineti Qəzza şəhərinin nəzarətə götürülməsi planını təsdiqləyib...

Poliqon xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Baş nazir Benyamin Netanyahunun ofisindən verilən açıqlamada deyilir: "İsrail Müdafiə Qüvvələri döyüş bölgələri xaricində mülki şəxslərə humanitar yardım göstərməklə yanaşı, Qəzza şəhəri üzərində nəzarəti bərqərar etməyə hazırlaşacaq".

Agentlik əlavə edib ki, bu, Netanyahunun təxminən 2 ildir davam edən dağıdıcı müharibə ilə bağlı daxildə və xaricdə artan tənqidlərə baxmayaraq, İsrailin bütün zolağa hərbi nəzarəti ələ keçirmək niyyətində olduğunu söylədikdən bir neçə saat sonra baş verib. Təsdiqlənmiş planın təfərrüatları hazırda açıqlanmır.

İyulun 25-dən İsrail xarici ölkələrə Qəzzaya humanitar yardım çatdırmağa icazə verib. BMT Qəzzada qida çatışmazlığından əziyyət çəkən uşaqlar üçün xüsusi dərmanların tükəndiyi barədə xəbərdarlıq edib.

Bu fonda Fransa prezidenti Emmanuel Makron Fransanın Fələstini tanıdığını bildirib. Onun sözlərinə görə, bunu sentyabrda BMT Baş Assambleyasında təntənəli şəkildə bəyan edəcək.

Poliqon.info

Seçilən
84
50
poliqon.info

1Mənbələr