AZ

Usman Dembele - "Goal"a görə əsas favorit

"Goal" portalı 2025-ci il üçün "Qızıl top"a əsas namizədlərin siyahısını təqdim edib.

İdman.biz xəbər verir ki, bu reytinq "France Football" jurnalının nüfuzlu mükafata namizəd göstərilən 30 futbolçunun siyahısını açıqlamasından sonra hazırlanıb.

Reytinqin birinci pilləsində PSJ-nin hücumçusu Usman Dembele qərarlaşıb. O, mövsüm ərzində 53 oyuna çıxaraq 35 qol vurub və 16 məhsuldar ötürmə verib. Onun klubu Fransa çempionluğu, Fransa kuboku və tarixində ilk dəfə Çempionlar Liqasını qazanıb.

İkinci yeri mövsümün əsas kəşfi sayılan, “Barselona”nın 17 yaşlı futbolçusu Lamin Yamal tutub. İlk üçlüyü PSJ-nin portuqaliyalı yarımmüdafiəçisi Vitinya tamamlayır.

"Goal" portalının versiyasına görə, 2025-ci il üçün “Qızıl top”a əsas 10 namizəd:

1. Usman Dembele (PSJ, Fransa)
2. Lamin Yamal ("Barselona", İspaniya)
3. Vitinya (PSJ, Portuqaliya)
4. Rafinya ("Barselona", Braziliya)
5. Məhəmməd Salah ("Liverpul", Misir)
6. Kilian Mbappe ("Real Madrid", Fransa)
7. Aşraf Hakimi (PSJ, Mərakeş)
8. Desire Due (PSJ, Fransa)
9. Xviça Kvaratsxeliya (PSJ, Gürcüstan)
10. Nunu Mendeş (PSJ, Fransa)

İdman.biz

Seçilən
18
idman.biz

1Mənbələr