AZ

Hindistanın dövlət neftayırma zavodları Rusiya neftinin alışını dayandırıb

Hindistanın dövlətə məxsus neftayırma zavodları müvəqqəti olaraq Rusiya neftinin alınmasını dayandırıb.

FED.az xəbər verir ki, bu barədə “Bloomberg“ agentliyi mənbələrə istinadən xəbər yayıb.

Qərarın Vaşinqtonun Nyu-Dehliyə təzyiqlərinin artması və idxal rüsumlarının yeni dalğası fonunda qəbul edildiyi bildirilir.

Məlumata görə, “Indian Oil Corp.”, “Bharat Petroleum Corp.” və “Hindustan Petroleum Corp.” satınalma dövründə Rusiya nefti üçün tender elan etməyəcək. Şirkətlər yalnız Hindistan hökumətindən aydın göstəriş aldıqdan sonra qərara yenidən baxacaqlar.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp iyulun sonunda Hindistana Rusiya nefti və hərbi texnikası aldığı üçün 25 faiz gömrük rüsumu və əlavə “cərimə” tətbiq ediləcəyini açıqlamışdı. Hindistan XİN isə bu tənqidləri “əsassız və ədalətsiz” adlandıraraq milli maraqların və iqtisadi təhlükəsizliyin qorunması üçün bütün addımların atılacağını bəyan edib (Apa).

Seçilən
5
1
fed.az

2Mənbələr