AZ

Gəncə İnnovasiya Mərkəzi bu ilin sonuna qədər açılacaq

Bu ilin sonuna qədər Gəncə İnnovasiya Mərkəzinin açılışı planlaşdırılır.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramının açılış tədbirində deyib.

Onun sözlərinə görə, yaxın zamanlarda Naxçıvan Dövlət Universitetində də müvafiq klaster formalaşdırılacaq: "Məqsədimiz nəinki Bakıda, eləcə də regionlarda startap ekosisteminin quruculuğunda həm maddi, həm mənəvi, həm də bu kimi akselerasiya proqramlarının dəstəklənməsidir".

O bildirib ki, bu gün startap ekosisteminin formalaşmasında 5 mühüm sahə var: “Onlar bizim strateji baxışımızın əsasını təşkil edir. Bunlar innovativ düşüncənin formalaşdırılması, maliyyə əlçatanlığının artırılmasıdır. Həm agentlik tərəfindən, həm də dövlət dəstəyi ilə Azərbaycanda "Caucasus Ventures" vençur fondu yaradılıb. Həmin fondla bərabər əlavə üç maliyyə institutunun formalaşdırılması üzərində iş həyata keçirilir. Artıq "İnmerge" fondu formalaşdırılıb və yaxın zamanlarda fəaliyyətə başlayacaq".

Çıxışının sonunda F.Osmanov açılışı keçirilən akselerasiya proqramlarından böyük gözləntilər olduğunu diqqətə çatdıraraq, Agentlik olaraq layihənin istənilən mərhələsində dəstəkçi olmağa hazır olduqlarını vurğulayıb.

Seçilən
0
2
report.az

3Mənbələr