“Aztelekom” MMC-nin təşkilati strukturunda həyata keçirilən dəyişikliklər açıqlanıb.
Bu barədə bağlı “Aztelekom”dan məlumat verilib.
Belə ki, qurumun Goranboy, Yevlax və Mingəçevir şöbələri Aran Regional Filialının tərkibinə, Qəbələ şöbəsi isə Şimal-Qərb Regional Filialının tərkibinə daxil edilib. Həmçinin Abşeron Telekommunikasiya Qovşağı isə bundan sonra Abşeron Rabitə Xidmətləri Mərkəzi olaraq fəaliyyət göstərəcək.
Eyni zamanda şirkətin tərkibində Qarabağ regional filialı yaradılıb. Yeni filialın tərkibinə Bərdə, Tərtər, Kəlbəcər, Ağcabədi, Ağdərə, Ağdam, Laçın, Xocalı, Şuşa, Xankəndi, Xocavənd, Qubadlı, Füzuli, Cəbrayıl və Zəngilan daxil olmaqla, ümumilikdə 15 rayon və şəhər şöbəsi daxildir.
Bundan əlavə, “Aztelekom” MMC-nin hüquqi varisi olduğu “Bakı Telefon Rabitəsi” MMC-nin Bakı şəhəri üzrə fəaliyyət göstərən 6 rabitə xidmətləri mərkəzi “Aztelekom” MMC-nin strukturuna daxil edilib.
Qeyd edək ki, hazırda “Aztelekom” MMC-nin strukturu 8 regional filial və 7 rabitə xidmətləri mərkəzi olmaqla, ümumilikdə 15 struktur vahidindən ibarətdir.
© APA