AZ

ABŞ-da yanğın minlərlə insanın təxliyəsinə səbəb olub

Ajans.az Associated Press-ə istinadən xəbər verir ki,anğın hazırda şərq istiqamətində irəliləyir və nəzarət altına alınma faizi hələ də 0%-dir. Alovlar Los Padres Milli Meşəsində, Piru gölünün cənubunda, yanvar ayında Hughes yanğını ilə ziyan görmüş məşhur Castaic gölünə yaxın ərazidə baş verib. O vaxt baş verən yanğın altı saat ərzində təxminən 15 kvadrat mil ərazini yandırmış, 50 min nəfərə evakuasiya əmri və ya xəbərdarlığı göndərilmişdi. Los-Anceles dairəsində təxminən 4,200 sakin və 1,400 yaşayış binası üçün məcburi təxliyə əmri qüvvədədir. Daha 12,500 nəfər isə ehtiyat tədbiri olaraq təxliyə xəbərdarlığı alıb. Ventura County Yanğınsöndürmə İdarəsinin sözçüsü Endryu Dowd bildirib ki, yaxınlıqdakı Ventura qraflığında evakuasiya zonaları məhduddur. Piru gölü istirahət zonasından 56 nəfər çıxarılıb. Dowd yanğının isti və quru hava, sıldırım relyef və quru bitki örtüyü səbəbindən “çox dinamik vəziyyət” yaratdığını qeyd edib. Yanğınsöndürmə əməliyyatına yerüstü qüvvələrlə yanaşı, vertolyot və digər hava texnikaları da cəlb olunub. Hazırda 250-dən çox yanğınsöndürən hadisə yerində işləyir. Los-Anceles dairəsinin nəzarətçisi Kathryn Barger sakinləri təxliyə əmrlərinə əməl etməyə çağırıb: “Şimal bölgəmizdə yüksək temperatur və aşağı rütubət yanğınların sürətlə yayılmasına şərait yaradır. Əgər sizə getməyiniz deyilirsə, tərəddüd etmədən gedin.” Yeni alov, eyni zamanda Mərkəzi Kaliforniyada ilin ən böyük yanğınlarından biri olan Gifford yanğını ilə eyni vaxtda baş verir. Cümə axşamı günortasına olan məlumata görə, Gifford yanğını 154 kvadrat mil əraziyə yayılıb, 15% nəzarət altına alınıb və yüzlərlə evi təhdid edir. Santa Maria şəhərinin şərqində yerləşən 166 saylı Dövlət Marşrutu bağlanıb. Hadisə nəticəsində azı dörd nəfərin yaralandığı bildirilir. Yanğınların səbəbləri araşdırılır. Sinoptiklərin proqnozuna görə, bölgədə isti hava dalğası davam etdikcə həftə sonu boyunca Kaliforniyanın əksər hissəsində meşə yanğınları riski daha da artacaq. Avqust və sentyabr ştatda ən təhlükəli yanğın mövsümü hesab olunur.

 

Seçilən
6
Ajans.az

1Mənbələr