İsrailin təhlükəsizlik kabineti ölkənin Baş naziri Benyamin Netanyahunun Qəzzanı ələ keçirmək planını təsdiq edib.
"Operativ Məlumat Mərkəzi-OMM" “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat verib.
Bildirilib ki, planın 5 əsas məqsədi var.
Bu məqsədlərə HAMAS-ın tərk-silah edilməsi, bütün girovların azad edilməsi, Qəzzanın demilitarizasiyası, İsrailin Qəzzada təhlükəsizlik nəzarəti qurması və müharibədən sonrakı dövrdə Qəzzada HAMAS-ın və Fələstin hökumətinin daxil olmadığı bir hakimiyyətin qurulması.