AZ

Məhkumluğu olan qadınlar üçün sahibkarlıq təlimlərinə start verilib - FOTOLAR

“Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi tərəfindən, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Cəzaçəkmə müəssisələrində kütləvi-mədəni tədbirlərin təşkili” layihəsi çərçivəsində məhkum qadınlar üçün sahibkarlıq təlimlərinə başlanılıb.

Təlimləri maliyyə və sahibkarlıq üzrə ekspert Rəvan Cəfərli aparıb. O, iştirakçılara sahibkarlıq fəaliyyətinə başlama yolları, hüquqi prosedurlar, vergi uçotu, ilkin kapitalın axtarışı və dövlət dəstəyi proqramları haqqında məlumat verib.

Sessiyalar interaktiv şəkildə keçirilib. Qadınlar təlimçi ilə sual-cavab formatında ünsiyyət quraraq, maraq göstərdikləri sahələr üzrə real addımlar barədə tövsiyələr alıblar.

Bu təşəbbüs cəzaçəkmə müəssisəsindən azadlığa çıxan qadınların reabilitasiyası və cəmiyyətə faydalı şəkildə qayıdışına dəstək verməklə yanaşı, onların gələcəyinə yönəlik sosial investisiya rolunu da oynayır.

Layihə çərçivəsində digər mövzularda təlimlər növbəti günlərdə davam edəcək.

"Cebheinfo.az"

Seçilən
66
20
cebheinfo.az

10Mənbələr