AZ

“Fənərbağça”nın yeni transfer hədəfi bəlli oldu

“Fənərbağça” heyətini gücləndirmək üçün MLS-də çıxış edən braziliyalı futbolçu Evanderi transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu hazırda ABŞ-ın “Sinsinati” komandasında forma geyinən yarımmüdafiəçi ilə maraqlanır.

27 yaşlı futbolçunun “Transfermarkt” portalındakı dəyəri 14 milyon avro olaraq göstərilib.

Evander bu mövsüm meydana çıxdığı 29 matçda 19 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Fərid Nəsibov

Seçilən
80
31
idmanxeber.az

10Mənbələr