AZ

Vaşinqton danışıqları: Bunu etməmək axmaqlıq olardı - Arkov

Donald Trampın mümkün qədər çox böyük münaqişələrə son qoymuş biri kimi tarixə düşməsi vacibdir, ona görə də ABŞ Azərbaycan və Ermənistan arasında görüşə ev sahibliyi etmək qərarına gəlib.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Vitali Arkov deyib.

“Ağ Evdəki mənbələr Donald Trampın Nobel Sülh Mükafatını almaq istəyini dəfələrlə media ilə bölüşüblər. Bununla belə, Tramp maksimalistdir, onun üçün bütün böyük müharibələrə və qanlı münaqişələrə son qoymuş, bütün dünya nizamını əsaslı şəkildə yenidən işə salmış kimi tarixə düşməsi vacibdir. Onun şəxsiyyətinin miqyasını nəzərə alsaq, təkcə İran-İsrail müharibəsinin qarşısını almaq yetərli görünmür. Ona görə də artıq başa çatmış Ermənistan-Azərbaycan münaqişəsindən sığortalanmaq daha yaxşıdır”, - Arkov bildirib.

Onun sözlərinə görə, artıq sülh prosesinə start verilib və ən əsası, rəsmi Bakı və İrəvan sülh müqaviləsi imzalamaq istəklərini bəyan ediblər:

“Vəziyyətdən istifadə etməmək və bundan öz xeyrini əldə etməmək axmaqlıq olardı. Moskva münaqişənin kəskin mərhələsini dayandırıb, Bakı və İrəvanı danışıqlar masası arxasına oturtub, optimal sülh planı hazırlayıb və regionda sabitliyi qoruyub. Bunlar dünya ictimaiyyətinin etiraf etdiyi təkzibolunmaz faktlardır”.

Seçilən
4
3
axar.az

4Mənbələr