AZ

Qubada qanunsuz kömür quyusu aşkarlanıb

Quba Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə birgə keçirilən növbəti nəzarət tədbirləri zamanı qanunsuz yolla istismar edilən kömür quyusu aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxsin rayonun Rustov kənd sakini Marif Baxışov olduğu müəyyən edilib.

M.Baxışov məsuliyyətə cəlb edilib və aşkar olunan kömür quyusu ləğv olunub.

"Cebheinfo.az" 

Seçilən
12
13
cebheinfo.az

10Mənbələr