AZ

Amin Quliyev Dünya Oyunlarında iştirak etmək üçün Çinə yola düşdü

8–17 avqust tarixlərində Çinin Çenqdu şəhərində keçiriləcək Kikboksinq üzrə Dünya Oyunlarında ölkəmizi tanınmış idmançı Amin Quliyev təmsil edəcək.

Operativ Media xəbər verir ki, 63,5 kq çəki dərəcəsində çıxış edəcək “Ağ canavar” ləqəbli idman ustası, dəfələrlə dünya və Avropa çempionu, həmçinin Dünya Döyüş Oyunlarının qalibi olan Quliyevə yarışlarda Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, Əməkdar idman ustası, Əməkdar məşqçi, dəfələrlə dünya və Avropa çempionu, şəxsi məşqçisi Eduard Məmmədov rəhbərlik edəcək.

Milli komandamız bu gün Dünya Oyunlarında uğur qazanmaq məqsədilə Çinin Çenqdu şəhərinə yola düşüb.

Seçilən
9
operativmedia.az

1Mənbələr