"İmişli" yay hazırlıq planı çərçivəsində növbəti yoxlama oyununu açıqlayıb.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisinin növbəti rəqibi "Sumqayıt"ın əvəzedicilər komandası olacaq.
Görüş avqustun 8-i, saat 17:30 başlayacaq. Matç Bakı Olimpiya stadionunun Məşq Meydançasında keçiriləcək.
Qeyd edək ki, "İmişli"nin daha öncə "Şamaxı" ilə planlaşdırdığı yoxlama oyunu ləğv olunmuşdu.