AZ

İranda ərəb fəallar İsrailə görə həbs olundu

İranın Xuzistan əyalətinin Dezful şəhərinin İnqilab Məhkəməsi 4 ərəb fəalı İsrailə dəstək ittihamına görə həbs edib.

Axar.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, Milad Dərvişpur sosial mediada İsraili təbliğ etdiyi üçün 3 il azadlıqdan məhrum edilib.

Şahin Şirinzəban Azər, Məhəmməd Tac Mirzadə və Seyid Hüseyn Heydəri Çaharmahal adlı sosial media fəallarının hər birinə isə 6 ay həbs cəzası verilib.

Seçilən
41
1
axar.az

10Mənbələr