2024-cü il noyabrın 12-də Füzulidə xəstəxananın həyətində keçmiş həyat yoldaşı Dilbər Namazovanı qətlə yetirməkdə təqsirləndirilən Elsevər Bağırovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, ona Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə bəraət verilib.
Elsevər Bağırov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 18 il müddətə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkəcək.
Mətləb