AZ

WSJ: Tramp və Putin saatlarla telefonla danışıb

Putinin uzun monoloqları danışıqları uzadıb...

ABŞ-ın sabiq prezidenti Donald TrampRusiya prezidenti Vladimir Putin 2025-ci il ərzində dəfələrlə birbaşa telefonla danışıb və vasitəçilər üzərindən mesajlar göndəriblər.

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal yüksək rütbəli mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, söhbətlər əsasən dostcasına xarakter daşıyıb. Tramp bu danışıqlarda tez-tez ABŞ-Rusiya münasibətlərini iqtisadi əməkdaşlıq əsasında bərpa etmək istədiyini vurğulayıb. Putin isə Krım və Donbas üzərində Rusiyanın nəzarətinin beynəlxalq səviyyədə tanınması kimi bir sıra tələblərini dilə gətirib.

ABŞ rəsmilərinin sözlərinə görə, Putinlə Tramp arasında bəzi telefon danışığı bir neçə saat çəkib. Buna səbəb isə Putinin uzun və tərcüməyə ehtiyac duyan monoloqları olub. Qeyd olunur ki, adətən səbirsiz və tez reaksiya verən Tramp bu monoloqları diqqətlə dinləyirmiş.

Lakin iyulun 3-də baş tutan son telefon danışığı cəmi bir saat davam edib. Mənbələrin bildirdiyinə görə, bu dəfə söhbətdə nə əvvəlki istilik, nə də ciddi gərginlik olub. Tramp isə bu danışıqdan sonra “çaşqınlıq içində” olduğunu bildirib. Onun sözlərinə görə, Putin müharibəni bitirmək istədiyini deyib, lakin Rusiya ordusu hələ də Ukraynaya hücumlarını davam etdirirdi.

WSJ yazır ki, il ərzində Tramp və Putin arasında ciddi fikir ayrılığı yaşanmasa da, sonda Tramp onunla manipulyasiya edilməyə çalışıldığını anlayıb. ABŞ senatoru Lindsi Qrem bildirib: “Hazırda dönüş nöqtəsindəyik və buna görə Putin yalnız özünü günahlandıra bilər”.

Poliqon.info

Seçilən
27
3
poliqon.info

4Mənbələr