AZ

Fransada 76 il sonra misli görülməmiş yanğın - VİDEO

Fransanın cənubundakı Aude bölgəsində başlayan və sürətlə yayılan yanğın Parisdən daha böyük ərazini külə döndərib.

Azreform.info xəbər verir ki, quru bitki örtüyü, isti hava və saatda 40 kilometri keçən külək alovun sürətlə yayılmasına səbəb olub.

Səlahiyyətlilər bunun 1949-cu ildən bəri ölkədə baş verən ən böyük yanğın olduğunu bildiriblər.

Fransanın baş naziri Fransua Bayru bölgəyə səfəri zamanı yanğını “görünməmiş bir fəlakət” adlandırıb.

İndiyədək 150 min hektardan çox ərazi yanıb. Bir yaşlı qadın ölüb, azı üç nəfər itkin düşüb, daha 13 nəfər yaralanıb. 

Aude prefekturasından bildirilib ki, yanğın hələ də çox aktivdir. 

Yanğınla mübarizəyə 2150 yanğınsöndürən və onlarla təyyarə səfərbər edilib. Lakin səlahiyyətlilər yanğının bir neçə gün davam edə biləcəyi barədə xəbərdarlıq ediblər.

Billurə Yunus


 
Seçilən
8
1
azreform.info

2Mənbələr