Fransanın Dərmanların Təhlükəsizliyi üzrə Milli Agentliyi (ANSM) 29 iyul 2025-ci il tarixində yayımladığı rəsmi açıqlamada bildirib ki, "Ludiomil" dərmanının bəzi partiyalarının tərkibində nitrozamin adlı kimyəvi maddə aşkarlanıb. Bu maddə Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (CIRC) tərəfindən "insanlar üçün ehtimal ki kanserogen" kimi qiymətləndirilir.
Agentlik dərmanı istifadə edən xəstələrə dərhal panikaya düşməməyi və müalicəni dayandırmazdan əvvəl həkimləri ilə məsləhətləşməyi tövsiyə edib. Alternativ olaraq amitriptilin (Laroksil) və ya mirtazapin (Norset) kimi digər antidepressantlara keçid tövsiyə olunur.
Hazırda Fransada bu dərmandan istifadə edən təxminən 5 min nəfər var və onların əksəriyyəti 60 yaşdan yuxarı şəxslərdir. (Milli.Az)

10Mənbələr
-
nocomment.azMəşhur antidepressantın satışı dayandırıldı — Təhlükəli maddə aşkarlandı (FOTO) ( 20139294)
-
demokrat.azMəşhur antidepressantın satışı dayandırıldı — Təhlükəli maddə aşkarlandı (FOTO) ( 20138082)
-
konkret.azMəşhur antidepressantın satışı dayandırıldı – Təhlükəli maddə aşkarlandı ( 20132685)
-
milli.azMəşhur antidepressantın satışı dayandırıldı - Təhlükəli maddə aşkarlandı - FOTO ( 20130492)
-
milli.azMaskdan Azərbaycanla bağlı paylaşım - FOTO ( 20106123)
-
milli.azAzərbaycanda məşhur professor vəfat etdi - FOTO ( 20062206)
-
milli.azTeymur Musayev onu yüksək vəzifəyə təyin etdi - FOTO ( 19993822)
-
milli.azBu da "Qız atası"nın aktrisasının heç yerdə görmədiyiniz qızı - FOTO ( 19989190)
-
news24.azMəşhur dərman bazardan YIĞIŞDIRILDI ( 19976687)
-
milli.azLeyla xəstəxanalıq oldu - FOTO ( 19970636)