AZ

İsrail Londonu HƏDƏLƏDİ

Rəsmi London Fələstini tanıyacağı halda, İsrail Böyük Britaniya ilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı dayandırmağı düşünür.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Times” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Binyamin Netanyahu hökuməti Böyük Britaniyanın gələn ay Fələstinin tanınması prosesini davam etdirəcəyi təqdirdə, bu cavabı variantlardan biri kimi nəzərdən keçirir.
“London diqqətli olmalıdır, çünki Netanyahu və nazirlərinin oynaya biləcəkləri kartlar var. İsrail Böyük Britaniya ilə tərəfdaşlığını yüksək qiymətləndirir, lakin son qərarlar onun təzyiq altında olması deməkdir və İsrail hökuməti cavab addımları atmağa qərar verərsə, Böyük Britaniyanın itirəcəyi çox şey var”, – mənbə nəşrə bildirib.
Xatırladaq ki, Birləşmiş Krallığın baş naziri Kir Starmer Qəzza zolağında atəşkəs əldə edildikdən sonra Böyük Britaniyanın Fələstin dövlətini tanıya biləcəyini açıqlamışdı.\\Bakupost.az
Seçilən
0
4
nocomment.az

7Mənbələr