Şirvan, 8 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri növbəti əməliyyat zamanı həmin şəhərin sakini Yusif Əliyev saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, saxlanılan şəxsdən 1 kiloqrama yaxın marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.