Azərbaycan Tennis və Padel Federasiyasının (ATP) təşkilatçılığı ilə "Crocus Fitness Sea Breeze" beynəlxalq padel kubokunun ikinci mərhələsi yekunlaşıb.
ATP-nin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə İtaliyalı Rikkardo Sinikropi - Stiv Pyernikola Strakuadaini cütü çempion olub.
Ukraynalılar - Artyom Avdiyev və Boqdan Levçuk gümüş medal qazanıb. İlk üçlüyü isə israilli Aleksandr Qluşko və Alon Fayman tamamlayıb. Mükafatları Azərbaycan Tennis və Padel Federasiyasının vitse-prezidenti Mehman Qocayev, icraçı direktor Səbirə Abdullayeva və baş məşqçi Yalçın Manaflı təqdim edib.
Qeyd edək ki, beynəlxalq yarışda Azərbaycanla yanaşı İtaliya, Moldova, Türkiyə, Gürcüstan, Latviya, Sudan, Ukrayna, İsrail və Qazaxıstandan olan idmançılar iştirak edib. Ümumilikdə isə 30 padelçi medallar uğrunda yarışıb.