AZ

Qarabağ və Dilbaz at cinslərinin genetik xəritəsi hazırlanır (FOTO)

Bakı. Trend:

Qarabağ və Dilbaz at cinslərinin genetik xəritəsininhazırlanması məqsədilə kompleks tədqiqatlara başlanılıb.

Trendxəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumatyayıb.

Bildirilib ki, tədqiqatlar Kənd Təsərrüfatı Nazirliyinintəşəbbüsü, Bakı Dövlət Universiteti və FAO-nun dəstəyi, TürkiyəKənd Təsərrüfatı və Meşəçilik Nazirliyi, Letgen Biotechnology vəBayramlı Group şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilir.

Qarabağ və Dilbaz at cinslərinin genom miqyasında tədqiqinə dairgenişmiqyaslı layihənin əsas məqsədi bu iki milli at cinsiningenetik irsinin qorunması, onların genom miqyasında struktur vəfunksional variasiyalarının identifikasiyası, marker-assosiativseleksiya sistemlərinin qurulması və genetik resurslarınuzunmüddətli elmi əsaslarla qorunmasıdır. Layihənin ilkin fazasındayerli ekspertlər və Türkiyədən dəvət edilmiş ekspertlər tərəfindənmüxtəlif atçılıq təsərrüfatlarından qan və tük nümunələrigötürülmüş, fenotip qiymətləndirmə aparılmışdır.

Götülmüş nümunələrin analizi ilə layihənin yekun hədəfləri

• Qarabağ və Dilbaz atlarının ilk dəfə tam genomik xəritəsininhazırlanması
• Seçmə və damazlıq işlərində marker-assisted selection (MAS)sistemlərinin tətbiqi
• Genotip-fenotip assosiasiyalarına əsaslanan seleksiyasəmərəliliyinin yüksəldilməsi
• Genetik məlumatların elektron baza (genobank) formasındaqorunması
• Tədqiqat nəticələrinin qlobal elmi bazalara (NCBI və s.)inteqrasiyası olaraq müəyyən edilib.

Layihənin nəticələri ilə bağlı elmi iş və məqalələrinhazırlanaraq reytinqli elmi jurnallarda çapı, həmçinin nəticələrinmühüm genetik məlumatlar elektron verilənlər bazasındayerləşdirilməsi həyata keçiriləcək və seleksiya-damazlıqproqramları təkmilləşdiriləcəkdir.

Qeyd edək ki, bu layihə təkcə elmi araşdırmalar baxımındandeyil, həm də Qarabağ və Dilbaz atlarının genetik irsininqorunmasıbaxımından strateji əhəmiyyət daşıyır.

Qarabağ
Qarabağ
Qarabağ
Qarabağ
Qarabağ
Seçilən
13
10
az.trend.az

10Mənbələr