AZ

Deflimpiya üzrə Azərbaycan millisinin məşqçi heyəti idmançılara təqdim olunub

Bakı, 8 avqust, AZƏRTAC

Azərbaycan Taekvondo Federasiyası (ATF) tərəfindən deflimpiya üzrə taekvondo milli komandasının məşqçi heyətinin təqdimatı keçirilib.

ATF-dən AZƏRTAC-a verilən məlumata görə, qurumun baş katibi Aygül Abdullayeva tərəfindən Elmir Fərəcov komandanın baş məşqçisi, Rauf Rəhimov isə böyük məşqçi kimi rəsmi şəkildə idmançılara təqdim olunub.

Görüşdən sonra yığmanın ilk rəsmi məşqi keçirilib. Yeni məşqçi heyətinin rəhbərliyi ilə keçirilən hazırlıq prosesi komandada böyük ruh yüksəkliyi yaradıb.

Qeyd edək ki, bu təyinatlar deflimpiya yığmasının qarşıdakı beynəlxalq yarışlara daha sistemli və peşəkar şəkildə hazırlaşmasına xidmət edəcək.

Seçilən
2
2
azertag.az

7Mənbələr