AZ

Juninyoyanın komandası iranlı hücumçu ilə maraqlanır

"Flamenqo" "İnter"in hücumçusu Mehdi Taremiyə böyük məbləğdə pul təklif edib.

Operativ Media xəbər verir ki, bu haqda UOL məlumat yayıb.

Mənbənin məlumatına görə, 33 yaşlı iranlı karyerasını Avropada - Seriya A və ya Premyer Liqada davam etdirmək niyyətindədir. Eyni zamanda “Flamenqo” ona “İnter”də aldığı maaşdan da yüksək maaş təklif edib. Hücumçu ilə "Botafoqo" və "Beşiktaş" da maraqlanır.

2024/25 mövsümündə Taremi "İnter"in heyətində bütün yarışlarda 43 matçda 3 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

"Transfermarkt" futbolçunun transfer dəyərini 3,5 milyon avro qiymətləndirir.

Seçilən
10
1
operativmedia.az

2Mənbələr