AZ

Dörd bağlanmış bankın əmlakları HƏRRACDA

Yazını böyüt
Yazını kiçilt

Avqustun 13-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Zamin Bank", "Texnika Bank", "Günay Bank" və "Dəmir Bank" ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

Hafta.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Məlumata görə, söhbət "Zamin Bank"a məxsus Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 145 ünvanındakı dəyəri 190 min manat olan 80.3 kv.m, dəyəri 326 min manat olan 143.4 kv.m və dəyəri 491 min manat olan 216.3 kv.m qeyri-yaşayış sahələrindən, Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi, ev 83 ünvanındakı dəyəri 115 420 manat olan 71.69 kv.m mənzildən, "Texnika Bank"a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12a ünvanındakı dəyəri 245 min manat olan 111.5 kv.m qeyri-yaşayış sahəsindən, "Günay Bank"a məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 3a ünvanındakı dəyəri 800 min manat olan 270.6 kv.m qeyri-yaşayış sahəsindən və "Dəmir Bank"a məxsus Sumqayıt şəhəri, Sənaye zonası, Metallurq küçəsindəki istifadədə olan, dəyəri 260 min manat olan 126.5 kv.m qeyri-yaşayış sahəsindən gedir.

Seçilən
21
27
hafta.az

10Mənbələr