AZ

AFFA rəsmisinə UEFA-dan təyinat

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb.

İdmanxeber.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 14-də keçiriləcək “Eqnatiya” (Albaniya) – “Olimpiya” (Sloveniya) oyununun UEFA nümayəndəsi olacaq.Qarşılaşma Albaniyanın Rroqojine şəhərində yerləşən “Eqnatia” stadionda baş tutacaq.

Qeyd edək ki, “Eqnatiya”nın heyətində Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev də çıxış edir.

Seçilən
13
6
idmanxeber.az

10Mənbələr