Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR ilə ABŞ-nin “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb.
Finss.az xəbər verir ki, sənədi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardill imzalayıblar.
Memorandum iki ölkə arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.