AZ

Sultan İbrahim Rusiyaya qızıl təyyarə ilə gəldi

Malayziya Kralı Sultan İbrahim Rusiyaya ilk rəsmi səfəri çərçivəsində Kazana gəlib.

Publika.az xəbər verir ki, bu barədə Tatarıstan rəhbərinin mətbuat katibi Liliya Qalimova özünün Telegram kanalında bildirib.

“Malayziyanın kralı Sultan İbrahim Tatarıstanın paytaxtına gəlib. Malayziyanın Ali Hökmdarı ilk rəsmi səfərini Rusiyaya edir və Moskvadan başqa Kazana da səfər etmək qərarına gəlib”, - Qalimova bildirib.

Eyni zamanda Tatarıstan rəhbərinin mətbuat katibi Malayziya kralının Kazana qızılı təyyarə ilə gəldiyini vurğulayıb. Onu hava limanında Tatarıstan rəhbəri Rüstəm Minnixanovun şəxsən qarşıladığı da bildirilir .

Avqustun 5-də Malayziya kralı Rusiya prezidenti ilə görüşmək üçün Moskvaya gəlib. Monarxın səfəri avqustun 5-dən 10-dək davam edəcək.

Seçilən
32
publika.az

1Mənbələr