Bakı-Quba yolunda avtobus yanacaqdoldurma məntəqəsinə çırpılıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-a verilən məlumata görə, hadisə nəticəsində bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində "İsuzu" markalı avtobusda sıxılı vəziyyətdə qalan bir nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib", - deyə məlumatda qeyd olunub.
Xəbər 3 dəfə oxunub.