AZ

“Barselona”nın hücumçusu zədələndi

İspaniya “Barselona”sının futbolçusu Robert Levandovski zədələnib.
 
Moderator.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
36 yaşlı polşalı hücumçu sol budunun əzələsində ağrılar hiss edir. O, avqustun 10-da İtaliyanın “Komo” komandası ilə keçiriləcək “Joan Qamper” Kubokunun finalını buraxacaq.
 
Qeyd edək ki, “Barselona" 2025/26 mövsümünə avqustun 16-da İspaniya çempionatının "Malyorka" ilə ev oyunu ilə başlayacaq.
Seçilən
93
6
moderator.az

7Mənbələr