AZ

Şəki-Zaqatala bölgəsində “Uşaq İncəsənət Festivalı – 2025” çərçivəsində seçimlər davam edir  

Mədəniyyət, Elm və Təhsil nazirliklərinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Uşaq İncəsənət Festivalı – 2025”in ikinci mərhələsi üzrə seçimlər şimal-qərb bölgəsində uğurla davam edir.

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin məsul nümayəndəsi Vüsal Həsənov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, avqustun 4-də startı verilən festivalın ikinci turu çərçivəsində indiyədək uşaqlar milli və müasir rəqslər, klassik simli və nəfəs alətləri, vokal, xor, piano ifaçılığı və digər nominasiyalar üzrə öz istedadlarını nümayiş etdiriblər. Uşaqların ifaçılıq bacarıqları münsiflər heyəti tərəfindən qiymətləndirilir.

Regional İdarənin nümayəndəsi bildirib ki, Uşaq İncəsənət Festivalı yalnız yarışma deyil, həm də gənclərin istedadının kəşf olunduğu, onlara dəstək verildiyi və yaradıcılığın təşviq edildiyi bir platformadır. Festival mədəniyyətimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində ən böyük sənət layihəsi kimi ölkə üzrə on minlərlə uşağı bir araya gətirir. Festival, eyni zamanda, incəsənətin uşaq dünyasındakı müsbət təsirini ön plana çıxarır.

Qeyd edək ki, Şəki-Zaqatala bölgəsi üzrə festivalın II mərhələsinin seçim turları avqustun 21-dək davam edəcək. İştirakçılar 22 nominasiya üzrə ifaçılıq bacarıqlarını nümayiş etdirəcəklər.

Seçilən
100
azerbaijan-news.az

1Mənbələr