Mərkəzi Bank tərəfindən 2025-ci ilin II rübü üzrə hesabatların təqdim olunmasında yol verilmiş pozuntularla əlaqədar bir neçə kredit ittifaqına icrası məcburi göstəriş verilib.
Məlumata görə, “Hacıoğlu Kredit İttifaqı” MMC tərəfindən 2025-ci ilin ikinci rübünə dair hesabatlar ümumiyyətlə təqdim olunmayıb. Bu hal “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələblərinə zidd olduğundan, Mərkəzi Bank tərəfindən həmin kredit ittifaqına hesabatların təxirəsalınmadan və gələcək dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib. Qərar “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinə əsaslanır.
Bununla yanaşı, “Stimul” Kredit İttifaqı MMC və “İnci Kredo” Kredit İttifaqı MMC tərəfindən də 2025-ci ilin II rübünə dair hesabatlar gecikmə ilə təqdim edilib. Bu da qeyd olunan qaydaların pozulması hesab olunub və hər iki quruma hesabatların qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim olunması barədə Mərkəzi Bank tərəfindən icrası məcburi göstəriş verilib.