AZ

Polşanın Baş naziri: Ukrayna müharibəsində pauza yaxın vaxtda ola bilər  

Ukrayna müharibəsində pauza yaxın vaxtda ola bilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri cümə günü Polşanın Baş naziri Donald Tusk Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbətindən sonra deyib.

Tusk mətbuat konfransında bildirib: “Müəyyən siqnallar mövcuddur və bizdə də belə bir intuisiya var ki, bəlkə də münaqişənin “dondurulması”, - mən son demək istəmirəm, amma münaqişədə pauza verilməsi, - uzaqda olduğundan daha yaxındır. Buna ümid var”.

“Reuters”in yazdığına görə, Tusk qeyd edib ki, Zelenski “çox ehtiyatlı, lakin nikbindir” və Ukrayna Polşa və digər Avropa ölkələrinin atəşkəs və mümkün sülh nizamlanmasının planlaşdırılmasında rol oynamasında maraqlıdır.

Ukrayna Prezidenti “X” sosial platformasında paylaşımında Tusk ilə “mövcud diplomatik variantları müzakirə etdiyini və ortaq Avropa maraqları naminə hərəkətləri əlaqələndirməyə və birgə işləməyə razılaşdığını bildirib. “Davamlı sülh hamı üçün lazımdır və mən (müttəfiqlərə) bu yolda kömək etmək istəyinə görə minnətdaram”, - deyə Zelenski bildirib.

Seçilən
28
50
azerbaijan-news.az

10Mənbələr