AZ

Lukaşenkodan hakimiyyət dəyişikliyi mesajı: Məndən sonrakı prezident...

BAKI, 8 avqust. TELEQRAF

“Belarusun məndən sonrakı prezidenti fərqli siyasət yürüdəcək”.

Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Dövlət başçısı bildirib ki, bir qədər fərqli siyasət aparsa belə, ondan sonra Belarusda ağlı başında olan şəxsin hakimiyyətə gəlməsini istəyir.

“Çox istərdim ki, arxamca sağlam, normal bir insan gəlsin. Hətta etiraf edirəm ki, o, bir az fərqli siyasət aparacaq. Ancaq o, heç nəyi dərhal dağıtmasın, mənim etdiyim kimi: güclülərin çiyinlərinə, əlimizdə olana arxalanaraq, sakitcə, ölkəni təkamül yolu ilə inkişaf etdirsin. Beləliklə, inqilabi dağılma olmasın”, - Lukaşenko bioldirib.

Seçilən
94
teleqraf.com

1Mənbələr