“Volodimir Zelenski dayanmalıdır ki, Kiyev Ukraynanın paytaxtı olaraq qalsın və ölkəni itirməsin”.
Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Ukrayna artıq ərazilər üzərində suverenliyini itirib. An etibarilə onu itirib. Əgər Zelenski onunla danışanda məni dinləsəydi, bu torpaqlar Ukraynanın bir hissəsi olardı. Bir az Donbas, əks halda hər şey Ukrayna olardı. Ona görə də keçmişə əsaslanaraq Zelenski dayanmalıdır ki, Kiyev də Ukraynanın paytaxtı olaraq qalsın. Əks halda, Ukraynanı tamamilə itirə bilərlər”, - Belarus Prezidenti qeyd edib.