AZ

Çində daşqınlar nəticəsində 10 nəfər ölüb, 33 nəfər itkin düşüb

Çinin şimal-qərb hissəsində yerləşən Qansu vilayətində baş verən daşqınlar azı 10 nəfərin həyatına son qoyub.

APA Çin mediasına istinadən xəbər verir ki, 33 nəfər itkin düşüb.

Çin lideri Si Cinpin hərtərəfli xilasetmə tədbirlərinin görülməsinə göstəriş verib.

Qeyd edək ki, iyulun sonlarından bəri Çinin şimal hissəsində daşqınlar nəticəsində azı 60 nəfər həyatını itirib.
Seçilən
58
38
sherg.az

10Mənbələr